Bakı. Trend:
İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək.
“Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına yol verilməyəcək.
