...

Səhiyyə Nazirliyinin mütəxəssisi moped və skuter travmalarının əsas səbəblərini açıqladı

Cəmiyyət Materials 28 Yanvar 2026 15:13 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mütəxəssisi moped və skuter travmalarının əsas səbəblərini açıqladı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayı üzrə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta 3 nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə qeyd olunan göstərici ümumi avtoqəza travmalarının (52 hal) çox kiçik bir hissəsini təşkil edir və təxminən 5,8 %-dən azdır:

“Bu fakt onu göstərir ki, yanvar ayı ərzində nəqliyyatla bağlı travmalar əsasən avtomobil qəzaları ilə əlaqədar olub, iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr isə nisbətən az qeydə alınıb. Bununla belə, ümumdünya statistikasına nəzər saldıqda, motorlu iki təkərli nəqliyyat vasitələrinin — motosiklet, moped və skuterlərin - yol qəzalarında mühüm yer tutduğu müşahidə olunur. Xüsusilə gənc sürücülər və şəhərdaxili nəqliyyatda hərəkət edənlər risk qrupuna daxildirlər”.

Baş həkim qeyd edib ki, bu tendensiya göstərir ki, statistik baxımdan az görünməsinə baxmayaraq (yalnız 3 hal), iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən travmaların yol təhlükəsizliyi strategiyalarında xüsusi diqqətdə saxlanılması zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti