Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının istifadəsinin nümayişi qadağan edilir

Cəmiyyət Materials 28 Yanvar 2026 11:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının istifadəsinin nümayişi qadağan ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti