...

İTV Yayım Şurasına yeni üzvlər seçildi

Cəmiyyət Materials 2 Fevral 2026 12:51 (UTC +04:00)
İTV Yayım Şurasına yeni üzvlər seçildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi təqdim ediliblər:

İdman federasiyaları tərəfindən:

  • Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;
  • Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.

Dini konfessiyalar tərəfindən:

  • Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;
  • Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.

Yaradıcılıq təşkilatları tərəfindən:

  • Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;
  • Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəsullu Rəşad Fərhad oğlu, Musayev Salman Musa oğluBabayeva Həcərxanım Teymur qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti