...

Sosial şəbəkələrdə davranışla bağlı dərsliyin hazırlanması təklif edilir

Cəmiyyət Materials 2 Fevral 2026 11:59 (UTC +04:00)
Sosial şəbəkələrdə davranışla bağlı dərsliyin hazırlanması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlanmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu dərs təhsil müəssisələrində şagirdlərə tədris edilməlidir:

“Azərbaycan təhsilində keçirilən dərin islahatlar kontektsində gənclərin sosial şəbəkələrdə etikası, sosial şəbəkələrdə hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalı və yuxarı sinif şagirdlərinə tədris edilməlidir. Bu tədrislə onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss etsinlər. Biz onların enerjilərinin həm milli maraqlar istiqamətinə səfərbər olmasına xidmət etmiş olarıq, həm də yüksək maarifləndirmə işləri həyata keçirmiş olarıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti