...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Cəmiyyət Materials 16 Fevral 2026 13:18 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

10:35
xxx

Bakıda müşahidə edilən dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilir ki, bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib.

"Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti