...

COVANNİ KAPRARA: AZƏRBAYCANIN VOLEYBOL ÜZRƏ YIĞMASI BİZİM ƏSAS RƏQİBİMİZDİR

Cəmiyyət Materials 30 İyun 2005 18:13 (UTC +04:00)

"Azərbaycan yığması dünya çempionatının seçmə turnirinin üçüncü mərhələsində bizim əsas rəqibimiz olacaq". Bu barədə Rusiyanın voleybol yığmasının baş məşqçisi Covanni Kaprara bəyan edib. Trend in məlumatına görə, Olimpi oyunları finalçılarının rəhbəri Faiq Qaryevin yetirmələri ilə görüş oyunların sonuncu günündə baş tutacağından məmnun qaldığını bilidirib.

"Düşünürəm ki, bu vaxta qədər biz turnirin final mərhələsinə çıxmağımızla bağlı bütün məsələləri həll edəcəyik", - deyə o qeyd edib. Bu zaman qeyd etməyə dəyər ki, bu yaxınlarda Azərbaycan yığması Yekaterinburqdakı Boris Yeltsin turnirində məhz bu komandanı məğlub etmişdi. Buna görə də rəqibin mütləq revanş götürmək arzusunda olduğunu anlamaq çətin deyil.

Xatırladaq ki, yarımqruplar uğrunda həmçinin Çexiya və Bolqarıstan da mübarizə aparacaq. Lakin finala vəsiqəni isə qrupdakı iki komanda alacaq.

Xəbər lenti

Xəbər lenti