...

"AZƏRALÜMİNİUM" ASC-NİN FƏALİYYƏTİ ÖLKƏNİN EKOLOGİYASINA ZİYAN VURMUR

Cəmiyyət Materials 27 İyul 2005 16:47 (UTC +04:00)

"Azəralüminium" açıq səhmdar cəmiyyətinin fəaliyyəti ölkənin ekologiyasına heç bir ziyan vurmur. İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə rəhbərinin müavini İlham Əliyevin Trend ə bildirdiyinə görə, hazırda zavodun ətraf mühitə göstərdiyi təsir sovet dövrü ilə müqayisədə son dərəcə azdır.

Qeyd edək ki, yaxın illərdə Azərbaycanda alüminium istehsalının artırılması planlaşdırılır. 2004-cü ildə Azəralüminium istehsalat sahələrində 20 min ton alüminium və təxminən 300 min ton alüminium oksidi istehsal edib.

Sonuncu göstərici Gəncədə son 20 illik istehsaldan sonra ən yüksək göstəricidir. Sumqayıt alüminium zavodunun 50% istehsal gücünü isə 30 min ton alüminium təşkil edir. Keçən il təxminən $100 mln məhsul ixrac olunub.

Gəncədə 50 min ton alüminium istehsal edəcək yeni zavodun tikintisi planlaşdırılır. 2006-cı ildə alüminium oksidinin istehsal həcmi 450 min tona çatdırılıb. Bu il isə 400 min ton alüminium istehsalı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti