...

HANS KRANKL: " AZƏRBAYCANA QARŞI OYUN ASAN OLMAYACAQ"

Cəmiyyət Materials 7 Sentyabr 2005 15:28 (UTC +04:00)

"Oyun bizim üçün asan olmayacaq, çünki Azərbaycan yığması doğma stadionda güclü oynayır". Bu barədə dünya çempionatı - 2006-nın sentyabrın 7-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək seçmə oyunları ərəfəsində avstriyalıların məşqçisi Hans Krankl Trend ə bəyan edib.

Komandanın yüngül səhər məşqindən sonra qarşıdakı oyunun xarakteri barədə məmnuniyyətlə fikrini bölüşməyə razılıq verən mütəxəssis qeyd edib ki, Bakıda keçirilən görüşlərdə nəticənin əldə olunmasında bir çox tanınmış komandalar çətinliklə qarşılaşıb.

"Sizin komanda heç nə itirmir, belə ki, komanda artıq Almaniyaya düşmək şansından məhrum olub.Həm də qarşıdakı oyun komanda üçün doğma stadionda keçirilən son oyundur.Buna görə də komanda qələbə üçün bütün güvvəsini toplamağa çalışır" -deyə məşqçi öz fikrini bildirib.

Eyni zamanda H.Krankl vurğulayıb ki, onun oyunçuları Bakıya üç xal üçün gəlib və buna nail olmağa çalışır.

Xəbər lenti

Xəbər lenti