"Neftçi"nin ilin əvvəlində Moskvada keçiriləcək Birliyin növbəti Kubokunda iştirakı məsələsi turnirin müddətindən və reqlamentindən asılı olacaq.
Komandanın mətbuat attaşesi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, bakılılar yaraşın təşkilatçılarından hələlik heç bir dəvət almayıblar. Lakin hətta bu sənəd də kollektivin Rusiya paytaxtında çıxış etməsi üçün zəmanət verə bilməz. Bunun da müəyyən səbəbləri var. "Neftçi"nin rəhbərlik etdiyi məşqçi qərargahı klubun Birliyin Kubokunda iştirakının mümkünlüyünü müzakirə edir. Və əgər onun müddəti komandaların toplanışı ilə eyni vaxta təsadüf etməzsə, onda ölkə çempionu Moskvada mütləq oynayacaq", - deyə S.Səfiyarlı bildirib.
Xatırladaq ki, son oyun zamanı "Neftçi" Birliyin Kubokunun finalçısı olsa da, həlledici matçda Moskvanın "Lokomotiv" komandasına 1:2 hesabı ilə uduzmuşdu.