...

YUNİSEF VƏ TƏHSİL NAZİRLİYİ YENİ BİRGƏ LAYİHƏNİ TƏQDİM EDİR

Cəmiyyət Materials 21 Sentyabr 2005 16:55 (UTC +04:00)

Sentyabrın 22-də Avropa otelində Azərbaycan Təhsil Nazirliyinin və YUNİSEF-in yeni birgə layihəsinin təqdimatı keçiriləcək. Bu barədə Trend ə Nazirlikdən məlumat veriblər.

"Məktəb uşaqların dostudur" layihəsi Quba və Füzuli rayonlarının bir sıra ümumtəhsil məktəblərində həyata keçiriləcək. Layihə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən hazırlanıb, YUNİSEF isə onun reallaşdırılması üçün texniki və maliyyə yardımının göstrəilməsini davam etdirəcək.

Layihənin təqdim olunması məqsədilə keçirilən mərasimdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singer və ölkənin pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti