...

ŞAHDAĞ LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ÜHRƏ RAZILAŞMANIN İLİN SONUNA KİMİ İMZALANACAĞI GÖZLƏNİLİR

Cəmiyyət Materials 12 Oktyabr 2005 17:56 (UTC +04:00)

Şahdağ kənd təsərrüfatı ekoloji layihəsinin maliyyələşməsi üzrə razılaşmanın ilin sonunda imzalanması nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.

Hazırda kredit razılaşmalarının layihəsi ölkə hökuməti tərəfindən nəzərdən keçirilib və Prezident Aparatına təqdim olunub. Yaxın vaxtlarda ölkə prezidentinin sənədin imzalanması üçün səlahiyyətlərin verilməsi barədə sərəncamı gözlənilir. Cari ilin iyunun 23-də Nazirlik Dünya Bankından Şahdağ layihəsinin maliyyələşdirilməsinin təsdiqlənməsi barədə rəsmi məktub alıb. İyunun əvvəlində bankın Direktorlar Şurası layihənin maliyyələşdirilməsini təsdiqləyib.

Layihənin ümumi dəyəri $17,1 milyon təşkil edəcək ki, onun yarısını qrant təşkil edir. Dünya Bankının bu layihəyə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 8 milyon dollar ayıracağı planlaşdırılır. Bununla yanaşı, bu layihənin reallaşdırılması üçün 2 qrant - Qlobal Ekoloji Fondun vəsaitindən - 5 milyon dollar, Yaponiya hökumətinin vəsaiti hesabına $2,72 milyon ayırmaq nəzərdə tutulur. Beləliklə, hökumətin bu layihədə payı $1,38 milyon təşkil edəcək.

Layihədə məqsəd meşəçilikdə ekoloji məsuliyyətli metodların tətbiqi, otlaqlardan istifadə və Şahdağın dağlıq kənd rayonlarında enerjinin işlənməsi və s. Bu layihə təbii ehtiyatların ekoloji məsuliyyətli istifadəsi kənd əhalsinin həyat şəraitinin və səviyyəsinin yüksəlməsinə imkan yaratdığını nümyaiş etdirməlidir. Əsas məqsəd bioloji müxtəlifliyin qorunması, yerin təkinin eroziyaya uğramasının qarşısının alınması və enerji təminatının və ondan istifadənin səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Bu məqsədlərə ekoloji sistemlərin birləşmiş idarə olunması, planlaşdırılması və inkişafına yönələn tədbirlərin təcrübədə tətbiqi sayəsində çatmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti