...

Anar Sarıyev: "Biz nəticəni əldə saxlaya bilmədik"

Cəmiyyət Materials 27 Oktyabr 2005 14:50 (UTC +04:00)

"Görüşdə bizim rəqibə çatdığımız an olsa da, lakin biz nəticəni qoruyub saxlaya bilmədik". Bu barədə "Challenge Cup" yarışında Ukraynanın "Ximik" komandasına 48:74 hesabıf ilə uduzan "Qala"nın basketbolçusu Anar Sarıyev bildirib.

Trend in məlumatına görə, baş məşqçi Rimas Kurtinaytis qeyd edib ki, "Qala"nın hələ belə güclü komanda ilə qarşıdurmaya hazır olmamasına baxmayaraq, görüş oyunçular üçün yaxşı məktəb oldu. "Onu deyə bilərəm ki, biz oyunda nəyə qadir olduğumuzu göstərə bilmədik. Öz meydançamızda cavab görüşünə hazırlaşacağıq", -deyə məşqçi bildirib.

Mütəxəssis həmçinin, "Ximik"in "Challenge Cup" yarışında ən güclü komandalardan biri olduğunu hesab edir.

Xəbər lenti

Xəbər lenti