...

Misir Mərdanov: "Gizli yaradılmış "Dalğa" və "Məqam" tələbə təşkilatları gəncləri siyasi oyunlara qoşmaq istəyir"

Cəmiyyət Materials 18 Noyabr 2005 14:48 (UTC +04:00)

"Gizli yaradılmış "Dalğa" və "Məqam" tələbə təşkilatları gəncləri siyasi oyunlara qoşmaq istəyir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bildirib.

"Məndə belə bir təşkilatların gizli fəaliyyət göstərməsi barədə məlumat var. Ancaq bildirirəm ki, gəncləri səhv yola aparan bu təşkilatlar barədə Azərbaycanın qanunları çərçivəsində tədbirlər görüləcək. Hər halda gənclərin böyük əksəriyyəti bugünkü iqtidarın tərəfindədir və Azərbaycan Prezidentinin Azərbaycanda həyata keçirdiyi siyasəti dəstəkləyir. Bunu son hadisələr də sübut edib. Eyni zamanda biz problemi sivil yolla həll etmək, yollarını çaşmış gəncləri düz yola dəvət etmək, onları belə addımlar atmağa sövq edən səbəbləri bilmək istəyirik. Bəlkə də gənclərin müəyyən hissəsi əsassız olaraq incidilib. Onlara qarşı haqsız addımlar atılıb", - deyə Misir Mərdanov bildirib.

Təhsil naziri onu da qeyd edib ki, hazırda tələbələrin belə gizli təşkilatlar yaratmasının səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti