...

Rusiyada Rəşid Behbudovun pərəstişkarları klubu yaradılıb və ona həsr olunmuş poema çap edilib

Cəmiyyət Materials 18 Noyabr 2005 15:39 (UTC +04:00)

Rusiyanın Norilsk şəhərində Rəşid Behbudovun 90 illik yubileyi ilə əlaqədar ölməz sənətkarın yaradıcılığının pərəstişkarları klub yaradıblar. Trend xəbər verir ki, bu barədə noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş təqdimat mərasimində məlumat verilib.

"Rəşid Behbudov Sənətinin Pərəstişkarları Klubu" adlanan klub Azərbaycanın dahi sənətkarı, SSRİ xalq artisti Rəşid Behbudovun yaradıcılığının təbliği ilə məşğul olacaq. Bu klubun xətti ilə Iladimir Qupalyukun Rəşid Behbudova həsr olunmuş poeması Rusiyada kitab şəklnində çap olunub. Qeyd edək ki, Rəşid Behbudovun pərəstişkarları klubunun nümayəndələri çap etdikləri kitabın təqdimat mərasimini keçirmək məqsədilə Bakıya gəliblər. Təqdimat mərasimində yeni yaradılmış klubun fəaliyyəti ilə də bağlı məlumat verilib.

Qeyd edək ki, Rəşid Behbudov Sənətinin Pərəstişkarları Klubunu yaradanlar və onun barəsində kitab çap edənlər milliyyətcə ruslardır. Təqdimat mərasiminin təşkilində Rəşid Bebudov Fondu da iştirak edib. Tədbirdə iştirak edən R.Behbudovun qızı, sənətçi Rəşidə Rəşid rusiyalı qonaqlara bu təşəbbüslərinə görə təşəkkürünü bildirib, belə tədbirlərin Azərbaycan və Rusiyanın mədəni əlaqələrinin, dostluğunun

Xəbər lenti

Xəbər lenti