...

Azərbaycanın ot üzərində xokkey üzrə yığma komandasında baş məşqçinin yeni köməkçisi təyin edilib

Cəmiyyət Materials 6 Dekabr 2005 15:10 (UTC +04:00)

Azərbaycanın qadınlar arasında ot üzərində xokkey üzrə yığma komandasının baş məşqçisi Adil Paşayevə Mixail Valentinoviç Pinkov yeni köməkçi təyin edilib. Bu barədə Trend ə Azərbaycanın ot üzərində xokkey Federasiyasından məlumat verilib.

M.Pinkov 1992-ci ilə kimi, yaxud keçmiş Federasiyanın tam dağılmasına kimi Azərbaycanın yığma komandasının məşqçi heyətinə daxil olub. 1992-ci ildən Ukraynda müxtəlif komandalarda məşqçi kimi çalışıb.

Xəbər lenti

Xəbər lenti