...

Adil Paşayevə Beynəlxalq Federasiyanın məşqçi sertifikatı verilib

Cəmiyyət Materials 20 Dekabr 2005 17:01 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət xokkey yığmasının məşqçisi Adil Paşayevə Beynəlxalq Federasiyanın (FİH) sertifikatı verilib. Bu barədə Trend ə məşqçinin özü bildirib.

Hindistanın Sinay şəhərində keçirilmiş seminarda iştirak edən mütəxəssisə FIH prezidenti Ian Breda Iissmanın imzaladığı müvafiq sənəd verilib. Forumda 20-dən çox ölkədən 32 məşqçi iştirak edib. Onlar planetin aparıcı mütəxəssislərinin rəhbərliyi ilə praktiki məşğələlər keçib. Forum zamanı A.Paşayev Yeni Zelandiya, Şotlandiya, İspaniya, Fransa və Pakistandan olan həmkarları ilə fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti