...

Türkiyənin təhsil nazirinin Azərbaycana səfəri təxirə salınıb

Cəmiyyət Materials 23 Dekabr 2005 12:32 (UTC +04:00)

Türkiyənin təhsil naziri Səlahəddin Dikmənin dekabrın sonlarına Azərbaycana səfəri nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bunu nazirin iş qrafikinin gərginliyi ilə izah ediblər. Hazırda səfərin yeni tarixinin razılaşdırılması ilə bağlı iş aparılır. Nazirlikdən verilən məlumata görə, səfər zamanı təhsil sahəsində əməkdaşlığını perspektivləri müzakirə olunması planlaşdırılır.

Qarşıdakı səfər zamanı tərəflər həmçinin, diplomlarını qarşılıqlı tanınması məsələsinin və elm və texnika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edəcəklər. İki ölkənin Təhsil Nazirliyi kadrların mübadiləsi, eləcə də tələbə və müəllimlərin mübadiləsi, iki ölkənin aparıcı universitetləri arasında birbaşa əlaqələrin yaradılması məsələlərinə də baxacaqlar.

Xəbər lenti

Xəbər lenti