...

Bakıda ilkin səhiyyə xidmətlərinin maliyyələşdirilməsi mexanizmi müzakirə olunub

Cəmiyyət Materials 23 Dekabr 2005 15:18 (UTC +04:00)

Dekabrın 23-də Bakıda ilkin səhiyyə xidmətlərinin maliyyələşdirilməsi mexanizmlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Trend in xəbər verdiyi kimi, "İlkin səhiyyə xidmətlərinin maliyyələşdirilməsi mexanizmləri: xarici ölkələrin təcrübəsi və Azərbaycan" adlı tədbir İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə Maliyyə və Səhiyyə nazirliklərinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Görüş İqtisadi Araşdırmalar Mərkəzi və Britaniyanın Finca şirkəti tərəfindən birgə həyata keçirilən "Büdcəyə nəzarətin şəffaflığı" layihəsi çərçivəsində keçirilib.

Artıq 5 ildir Tərtər və Bərdədə reallaşdırılan layihə çərçivəsində yerlərdə araşdırma və monitorinqin xüsusi modellərinin yaradılması, regionlarda səhiyyə xidmətlərinin keyfiyyətini qaldırmaq məqsədilə onların göstərilməsi ilə bağlı sorğunun aparılması üzrə pilot layihələri həyata keçirilib.

Görüş zamanı səhiyyə sahəsinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcminin artırılması zəruriliyi, diabet, talassemiya, vərəm və digər müəyyən xəstəliklər üçün ayrılmış vəsaitlərin məqsədyönlü istifadəsinin müəyyən edilməsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.

Xəbər lenti

Xəbər lenti