Azərbaycan Səhiyyə Nazirliyinin innovasiya və təchizat mərkəzi 2006-cı ildə tibb müəssisələrinin təchizatı üçün tender elan edib. Trend bildirir ki, dərman preparatlarının, tibb vasitələrinin, avadanlığın, dezinfeksiya preparatlarının, vaksinlərin, laboratoriya avadanlığının və digər tibb avadanlıqlarının alışı nəzərdə tutulur.
Tender 5 lot - dərman və tibb preparatlarının, tibb avadanlığı ıə ləvazimatlarının, diaqnostikum və dezinfeksiya preparatlarının, laboratoriya avadanlığının, reaktiv və oksigenin alışı- üzrə aparılır.
Tenderdə iştirak etməkdə maraqlı olan şəxslər birinci lot üzrə 400 min manat, ikinci - 300 min manat, qalan lotlar üzrə hər biri 200 min manat olmaqla ödəməlidir.
Tender təklifləri paketi fevralın 9-dan gec olmadan mərkəzə təqdim edilməlidir. Təklif paketləri fevralın 10-da səhiyyə Nazirliyində açılacaq.