...

Challenge Cup oyunlarının 1/8 finalında ABU Rumıniyanın "Tomis" klubu ilə oynayır

Cəmiyyət Materials 17 Yanvar 2006 17:21 (UTC +04:00)

Həndbol üzrə qadınlar arasında "Challenge Cup" oyunlarının 1/8 finalında ABU Rumıniyanın Konstansa şəhərindən olan "Tomis" klubuna qarşı oynayacaq

Trend Milli Federasiyanın mətbuat xidmətinə istinadən bildirir ki, ilk oyun fevralın 11-də Bakıda, cavab oyunu isə ayın 18-də Rumıniyada keçiriləcək. Hazırda "Tomis" öz ölkəsinin çempionatında beşinci yeri tutur. Avropa kuboklarında oynayan bu klubun tərkibinə həmin ölkə yığmasının iki oyunçusu daxildir.

Venada bir neçə saat öncə keçirilmiş püşkatmaya görə, 1/8 finalın digər oyunlarında "Teramo-2002" (İtaliya) - "Kolleqio de Qaya (Portuqaliya), "Split" (Xorvatiya) - "Dnepryanka" (Ukrayna), "Atinaikos" (Yunanıstan) - "Valyur" (İslandiya), "Dijon" (Fransa) - "Trabzon Bələdiyyəsi" (Türkiyə), "Rulmentul" (Rumıniya) - "Podatkova" (Ukrayna), "Byuhtehud" (Almaniya) - "Meriqnak" (Fransa), "Bryuhl" (İsveçrə) - "Olimpik" (Makedoniya) klubları görüşəcək.

Xəbər lenti

Xəbər lenti