...

Nyu-York Təbiətşünaslıq Muzeyində Azərbaycan sərgisinin açılması ilə əlaqədar ABŞ-da danışıqlar aparılır

Cəmiyyət Materials 25 Yanvar 2006 16:51 (UTC +04:00)

2006-cı il ərzində ABŞ-ın Nyu-York Təbiətşünaslıq muzeyində Azərbaycan sərgisinin açılması ilə bağlı məsələləri yekunlaşdırmaq məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bu ölkədə ezamiyyətdə olub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aparılan danışıqlar nəticəsində muzeyin açılması 2006-cı il ərzində reallaşa bilər. Dövlət Komitəsinin əməkdaşları sərginin açılmasının təşəbbüskarı olan Amerika -Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və yəhudi icmasının nümayəndəsi Erik Yevdayevlə görüşüb.

Görüşlərdə müvəqqəti sərginin açılışı ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Qeyd edək ki, sərginin açılışı ilə bağlı hazırlıq işləri aprel ayınadək yekunlaşdırıldıqdan sonra muzeyin rəhbərliyinə bu barədə rəsmi müraciət ediləcək. 2006-cı ilin iyun ayında muzeyin rəhbərliyinin həmin müraciətə baxaraq müvafiq qərar qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti