...

Azərbaycanın ombudsman Aparatında avstraliyalı ekspertin iştirakı ilə məsləhətləşmələr davam etdirilir

Cəmiyyət Materials 27 Yanvar 2006 13:35 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili aparatında insan hüquqlarının müdafiəsinin təmin olunması məsələsi üzrə treninq-seminarlar davam etdirilir. Aparatın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, üç həftəlik treninq-seminarlar avstraliyalı ekspert Bil Çapmen tərəfindən Azərbaycan Ombudsmanı və ekspertin əməkdaşı olduğu R.Vallenberq (İsveç) adına humanitar hüquq və insan hüquqları institutunun birgə layihəsinin ikinci mərhələsi çərçivəsində keçirilir.

Qeyd edək ki, layihənin birinci hissəsi 2005-ci ilin noyabrında reallaşdırılıb və bu layihə çərçivəsində B.Çapmen aparatın əməkdaşları arasında maarifləndirmə işləri aparıb.

Xəbər lenti

Xəbər lenti