...

Avropa Məhkəməsi Qarabağ qazilərinin şikayətini qəbul edib

Cəmiyyət Materials 16 Fevral 2006 12:37 (UTC +04:00)

Avropa Məhkəməsi Qarabağ qaziləri ictimai birliyinin təsisçiləri Etimad Əsədovun və başqalarının birləşmək hüququnun pozuntusu ilə bağlı şikayətini qəbul edilən sayıb. Bu barədə Trend ə Qarabağ qazilərinin hüquqlarının Avropa Məhkəməsi qarşısında müdafiəsini həyata keçirən hüquqşünas İntiqam Əliyev məlumat verib.

Qarabağ qaziləri ictimai birliyi 2001-ci ildə təsis olunub. Onun təsisçiləri Qarabağ Əlilləri Cəmiyyətinin keçmiş rəhbərliyinə daxil olmuş şəxslərdir. Bu qurum 2001-ci ildə ləğv edildikdən sonra Qarabağ qaziləri Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Amalov, Oqtay Mehtiyev adı çəkilən qurumu təsis edərək həmin ilin dekabr ayından Qarabağ qaziləri ictimai birliyinin dövlət qeydiyyatına alınması üçün iki dəfə Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin Nazirlik qurumu qeydiyyata almayıb. Təsisçilərin qeydiyyatla bağlı yerli məhkəmələrə müraciətləri də müsbət nəticə verməyib və 2002-ci ilin noyabr ayında ərizəçilər Avropa Məhkəməsnə müraciət ediblər.

İ.Əliyev bildirib ki, bundan sonra şikayətin həlli ilə bağlı dövlətlə ərizəçilər arasında danışıqlar mərhələsi olacaq. Əgər tərəflər razılığa gəlməsələr, Avropa Məhkəməsi şikayətə mahiyyəti üzrə baxıb qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti