...

"Azərbaycan" Nəşriyyatı İsa peyğəmbəri təhqir etmiş qəzetlə əlaqələrini kəsib

Cəmiyyət Materials 16 Fevral 2006 13:42 (UTC +04:00)

"Azərbaycan" Nəşriyyatının kollektivi İsa peğəmbər barəsində təhqiredici yazı dərc etmiş "Yeni xəbər" qəzetinin bu hərəkətinə etiraz olaraq qəzetin redaksiyası ilə bütün əlaqələrini kəsib. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

"Azərbaycan" Nəşriyyatından Mətbuat Şurasına bildirilib ki, "Yeni xəbər" qəzetinin 2006-cı il 11 fevral tarixli 04-cü (106) nömrəsində dərc olunmuş və dini heysiyyatlara toxunan yazı nəşriyyatın kollektivini hiddətləndirib.

Qəzet, həmçinin, nəşriyyatla bağlanmış müqavilənin şərtlərini də pozub. Belə ki, bu il "Azərbaycan" Nəşriyyatı ilə çap müqaviləsi bağlamasına baxmayaraq, "Yeni xəbər" qəzeti 04-cü (106) nömrəsini başqa mətbəədə çap etdirib. Lakin həmin nömrənin son səhifəsində qəzetin guya "Azərbaycan" nəşriyyatında çap olunduğu göstərilib.

"Azərbaycan" nəşriyyatının kollektivi "Yeni xəbər" qəzetinin bu hərəkətini etirazla qarşılayıb və müqavilənin şərtlərini pozduğuna görə, qəzetin redaksiyası ilə əlaqələrini kəsib.

Xəbər lenti

Xəbər lenti