...

USAİD-in Bakıda səfərdə olan hüquq mütəxəssisləri ilə Azərbaycanın Konstitusiya Məhkəməsinin əməkdaşları arasında görüş planlaşdırılıb

Cəmiyyət Materials 17 Fevral 2006 18:26 (UTC +04:00)

Fevralın 22-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakıda səfərdə olan hüquq mütəxəssisləri ilə Azərbaycanın Konstitusiya Məhkəməsinin əməkdaşları arasında görüş planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bununla əlaqədar USAİD-in Azərbaycandakı nümayəndəliyi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, USAİD-in baş qərargahından gəlmiş iki hüquq mütəxəssisi Nataliya Curikoviç və Anqana Şah Azərbaycanda hüquqi məsələlərə dair qiymətləndirmə aparmaq, USAİD ilə Azərbaycan arasında gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək məqsədilə Bakıda səfərdədirlər.

Nümayəndəlik hesab edir ki, Azərbaycanda hüquq sahəsi ilə bağlı Konstitusiya Məhkəməsinin nöqteyi nəzərini öyrənmək və bu sahədə Azərbaycanla USAİD arasında əməkdaşlığın inkişafı üçün mümkün istiqamətlər aşkar etmək baxımından hüquq mütəxəssislərinin görüşü böyük əhəmiyyət kəsb edəcək.

Xəbər lenti

Xəbər lenti