...

Kristin Freyzer və İqor Lukanin Turindəki Olimpiya Oyunlarında öz göstəricilərini yaxşılaşdırıblar

Cəmiyyət Materials 20 Fevral 2006 15:12 (UTC +04:00)

Azərbaycanın Kristin Freyzer və İqor Lukanindən ibarət rəqs cütlüyü Olimpiadanın turnir cədvəlində orijinal rəqsə görə 19-cu yeri tutublar.

Trend in verdiyi xəbərə görə, duet pis çıxış etməyib. Hakimlər onları 43,83 balla qiymətləndiriblər və bu da idmançılara 5-ci pillədə yerləşməyə imkan verib. Azərbaycanlı fiquristlərin yeni cütü buz üzərinə çıxarkən protokolda xeyli aşağı düşərək nəticədə 19-cu pillədə yerləşmişdilər. Beləliklə, idmançılar yarışın ilk günü icra etdikləri qısa proqramdan sonra əldə etdikləri nəticələri (o zaman 20-ci yerdə idilər) yaxşılaşdırıblar. Onlar göstəriciləri fevralın 20-də təqdim edəcəkləri sərbəst kompozisiyadan sonra da yaxşılaşdıra bilərlər.

Bu arada, turnirə rusiyalı Tatyana Navka və Roman Kostomarov liderlik edir. İkinci yerdə isə ABŞ-dan Tanit Belbin və Bencamin Aqostodur.

Xəbər lenti

Xəbər lenti