...

Azərbaycanın təhsil Nazirliyi xarici ölkələrin ali təhsil məktəblərinin 26 diplomundan yalnız 17-ni tanıyıb

Cəmiyyət Materials 21 Fevral 2006 14:33 (UTC +04:00)

Azərbaycanın təhsil Nazirliyi xarici ölkələrdə olan ali təhsil məktəblərinin baxılmaq üçün təqdim edilmiş 26 diplomundan yalnız 17-ni tanıyıb.Bu barədə Trend ə nazirlikdə bildirilib.

Xarici ölkələrin ali təhsil məktəblərinin diplomlarının Azərbaycanın təhsil sisteminə uyğunluğuna nazirliyin Daimi komissiyası tərəfindən baxılıb. Komissiya Rusiya, Almaniya, Şimali İrlandiya Krallığı, Türkiyə və Qazaxıstanın nüfuzlu ali təhsil məktəblərinin diplomlarını tanıyıb.

Təhsil nazirliyinin Daimi komissiyası Rusiya Federasiyasının "Yujdaq" universitetinin Həştərxan filialının məzunlarının üç diplomunda uyğunsuzluq aşkar edib, bu diplomların təkrar və dəqiq araşdırılması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti