...

Əbülfəz Qarayev: "Rusiya mədəniyyətinin nümayişinə dair silsilə tədbirlər keçiriləcək"

Cəmiyyət Materials 21 Fevral 2006 18:54 (UTC +04:00)

Bu il Azərbaycanda Rusiya İli çərçivəsində rus mədəniyyətinin nümayişinə dair silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Trend in məlumatına görə, bu barədə ANS-ə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıqlama verib.

Qeyd edək ki, "Azərbaycanda Rusiya İli" çərçivəsində Azərbaycanla Rusiyanın mədəniyyət sahəsində əməkdaşlığına dair sənəd imzalanıb. Ə.Qarayev bildirib ki, bu sənədə əsasən, Bakıda Rusiya mədəniyyətinin nümunələri olan teatr tamaşalarının, balet ustalarının konserlərinin təşkili, həmçinin turizm sahəsində potensialın nümayişi və digər işlərin həyata keçirilməsi nəzərdə tutulub: "İnanıram ki, keçən il Sankt-Peterburqda "Azərbaycan günləri" uğurla keçdiyi kimi, bu il də bizdə "Sankt-Peterburq günləri" belə uğurla və yüksək səviyyədə təşkil ediləcək. Bu, Azərbaycan ictimaiyyətinə, o cümlədən də Bakı sakinlərinə böyük bir töhfə olacaq"-deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti