...

Azərbaycanın sərbəst güləş komandası Nefteyuqanskda 7 medal qazanıb

Cəmiyyət Materials 22 Fevral 2006 12:31 (UTC +04:00)

Azərbaycanın sərbəst güləş üzrə komandası Nefteyuqanskda artıq başa çatmış beynəlxalq turnirdə 2 qızıl, bir gümüş və 4 bürünc medal qazanıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə Emin Umudov (55 kq) və Xızır Durqayev (120 kq) qalxıb. Eldar Atakişiyev (96 kq) yarışın finalçısı olub. Ceyhun Əliyev (50 kq), Zahid Mirzəyev (74 kq), Baxşəli Əhmədov (84 kq) və Müslüm Müslümov (96 kq) isə üçüncü yerdə qərarlaşıb. Kifayət qədər nüfuzlu turnirdə rusiyalı güləşçilər hakim mövqe tutub.

Xəbər lenti

Xəbər lenti