...

Müğənni Lalə Məmmədovanın yeni albomu işıq üzü gördü

Cəmiyyət Materials 27 Fevral 2006 15:49 (UTC +04:00)
Müğənni Lalə Məmmədovanın yeni albomu işıq üzü gördü

Müğənni Lalə Məmmədovanın "Qara qaşın vəsməsi" adlı yeni albomu işıq üzü görüb. Bu barədə Trend ə Lalə Məmmədova özü məlumat verib. O, bildirib ki, yeni alboma Azərbaycan xalq mahnıları və korifey sənətçilərin ifa etdikləri bəzi bəstəkar mahnıları daxildir. Disk və audio-kasetdən ibarət olan yeni albom artıq musiqisevərlərin ixtiyarına verilib.

Hazırda körpə qız övladı ilə məşğul olan gənc ana Lalə Məmmədova yaxın iki ay ərzində səhnə fəaliyyətinə də qayıdacaq. Qeyd edək ki, müğənni hamiləlik dövründə iki albom hazırlayıb və bir klip çəkdirib.

Hazırda Lalə Məmmədova bir sıra bəstəkar və yaradıcı şəxslərdən yeni layihələrlə bağlı təkliflər almaqdadır. Azərbaycan Milli Konservatoriyasında müəllimlik fəaliyyətini də davam etdirmək niyyətində olan müğənni yaxın zamanlarda dərslərə başlayacaq. O, həmçinin, yeni mahnılar üzərində işləməyə qərar verib.

Xəbər lenti

Xəbər lenti