...

Sabiq səhiyyə nazirinin müavini azadlığa buraxılıb

Cəmiyyət Materials 1 Mart 2006 15:10 (UTC +04:00)

Sabiq səhiyyə naziri Əli İnsanovun müavini və Nazirliyin Əczaçılıq şöbəsinin rəisi vəzifəsində işləmiş Akif Məhərrəmov Nəsimi rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə Trend ə Nəsimi rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məlumat verib.

Məhkəmə qərara alıb ki, Akif Məhərrəmovun səhhətində ciddi problemlər var. Belə ki, o, şəkərli diabetdən əziyyət çəkir və həbsxana şəraitində müalicəsi mümkün deyil. Bunu nəzərə alan məhkəmə A.Məhərrəmov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair qərar çıxarıb.

Qeyd edək ki, Akif Məhərrəmova qarşı irəli sürülən ittihamlardan biri vəzifəsindən sui-istifadə etməklə külli miqdarda dövlət əmlakını mənimsəməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti