"Neftçi" futbol klubu Sloveniyaya getmiş transfer forvard Tomislav Mişura ilə asanlıqla ayrılmaq niyyətində deyil.
Klubun baş məşqçisi Ağasəlim Mircavadov Trend ə bildirib ki, Birlik Kuboku zamanı məlum olmayan səbəblərdən kollektivdən demək olar ki, yoxa çıxan forvard ölkə çempionuna qarşı düzgün hərəkət etməyib. "Əgər Tomislav bizdə oynamaq istəmirdisə, onda o, bunu kişi kimi etiraf etməliydi. Ümumiyyətlə. Bakıya gələnədək heç kim bilmirdi ki, Mişura kimdir, o, məhz burda özünə ad qazanıb" -deyə mütəxəssis bildirib.
A.Mircavadovun sözlərinə görə, sloveniyalı öz arzusu ilə klubu dəyişə bilməyəcək, belə ki, onun transfer sertifikatı "Neftçi"dədir. "Hücumçu öz karyerasını digər komandada davam etdirməyi qərara alıbsa, onda təbii ki, biz öz tələblərimizi irəli sürəcəyik. Hər halda, T.Mişuranı asanlıqla buraxmayacağıq" - deyə məşqçi sonda bildirib.