...

Azərbaycanın güllə atıcılığı üzrə yığması Avropa çempionatında ən güclü iyirmiliyə düşüb

Cəmiyyət Materials 6 Mart 2006 16:47 (UTC +04:00)

Azərbaycanın güllə atıcılığı üzrə yığması Moskvada başa çatmış Avropa çempionatının ümumi komanda hesabının yekunlarına görə ən güclü iyirmiliyə düşüb.

Trend bildirir ki, yeniyetmələr arasında Nigar Bağırovanın qazandığı gümüş medal komandaya aktivində bir bürünc medal olan İtaliya və Finlandiyanı geridə qoyaraq on səkkizinci yeri tutmağa imkan verib.

Ən yaxşı nəticəni iyirmi səkkiz müxtəlif dərəcəli mükafatlarla yarışın ev sahibləri əldə edib. İkinci yerdə fransızlar, üçüncü yerdə isə İsveç atıcıları qərar tutub.

Xatırladaq ki, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova on səkkizinci nəticə göstərərək yarışın finalına düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti