...

Azərbaycan-Türkiyə yoldaşlıq matçının keçirilməsi məsələsi həll olunub

Cəmiyyət Materials 10 Mart 2006 13:33 (UTC +04:00)

Aprelin 12-də T.Bəhrəmov adına Respublika stadionunda keçiriləcək Azərbaycan və Türkiyə yığmaları arasında yoldaşlıq görüşünün keçirilməsi məsələsi, demək olar ki, həll olunub.

Milli komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, bu günlərdə AFFA və Türkiyə Futbol Federasiyası (TFF) qonaqların Bakıya qarşıdakı səfərinin yekun detallarını razılaşdırmalıdırlar. "Tərəflər arasında görüşün təşkili ilə bağlı prinsipial razılaşma mövcuddur. Və biz əminliklə deyə bilərik ki, sonuncu Cənubi Koreya və Yaponiya mundiallarının bürünc mükafatçısı ilə artıq aprel ayında oynaya bilərik", - deyə baş məşqçi bildirib.

Xatırladaq ki, Azərbaycan yığması sonuncu dəfə öz qonşusu ilə 2002-ci il Dünya Çempionatının seçmə turniri çərçivəsində görüşüb.

Xəbər lenti

Xəbər lenti