...

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bəzi kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edib

Cəmiyyət Materials 13 Mart 2006 15:51 (UTC +04:00)

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Ağsu şəhər sakini Qailb Bəkirovun 6 mart 2006-cı il tarixdə guya siyasi baxışlarına görə qətlə yetirilməsi ilə əlaqədar bəzi mətbuat orqanlarında yayılan məlumatlarla bağlı həmin mətbuat orqanlarının rəhbərlərinə xəbərdarlıq edib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Qalib Bəkirov Göyçay şəhərinin mərkəzində yerləşən parkdakı çayxanada odlu silahdan açılmış atəş nəticəsində ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda keçinib. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar dərhal rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətin "isti izlərlə" açılması təmin edilib və qətlin şəxsi münasibətlər zəminində törədildiyi müəyyənləşib.

Qətlin şəxsi münasibətlər zəminində və qisas məqsədilə törədilyinin ibtidai istintaq yolu ilə tam sübuta yetirilməsinə baxmayaraq, son günlər radikal müxalifəti təmsil edən ayrı-ayrı mətbuat orqanlarında Qalib Bəkirovun öldürülməsinin guya onun Azərbaycan Milli Demokrat Partiyası yerli təşkilatının sədri kimi siyasi fəaliyyətilə bağlı olduğu haqqındakı məlumatlar həqiqətə uyğun deyil.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi "Kütləvi informasiya vasitələri qaqqında" qanunun 10-cu maddəsini rəhbər tutaraq, faktlara söykənməyən yalan və qərəzli yazıların yayılmasının, eləcə də yanlış ictimai fikir formalaşdırma cəhdlərinin yolverilməz olduğunu bildirib. Həmin kütləvi informasiya vasitələrinin rəhbərləri belə hərəkətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət doğurduğu barədə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti