...

Milli təhlükəsizlik naziri ABŞ-dakı Azərbaycan və türk diasporunun nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 15 Mart 2006 21:02 (UTC +04:00)

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov martın 15-də Dünya Azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Bakıya gələn Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azərinin rəhbərlik etdiyi ABŞ-ın nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə Azərbaycan diasporunun formalaşması istiqamətində məsələlər müzakirə olunub.

Təxmini hesablamalara görə hazırda dünyanın bir çox dövlətlərində 50 milyondan çox soydaşımızın yaşadığını deyən nazir Dünya Azərbaycanlılarının birinci qurultayından ötən 5 il ərzində 300-dən artıq Azərbaycan icmasının və birliklərinin yaradılmasının böyük önəm daşıdığını bildirib. Nazir daha sonra Ermənistanın işğalçı siyasəti barədə qonaqlara məlumat verib.

Görüşdə iştirak edən Amerika-Türkiyə Assosiasiyaları Assambleyasının prezidenti Vural Çenqiz diasporların qarşısında duran vəzifələrlə bağlı nazir Eldar Mahmudovun fikirləri ilə razı olduğunu bildirib. O, qondarma "erməni soyqrımı" ilə bağlı aparılan əsassız kampaniyaya və Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terrorçuluq siyasətinə qarşı türk və Azərbaycan diasporlarının birgə səy göstərmələrinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti