...

Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasına baxılıb

Cəmiyyət Materials 16 Mart 2006 15:34 (UTC +04:00)

Martın 16-da Səbail rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) qarşı iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin hüquqi nümayəndəsi Muxtar Mustafayev məlumat verib.

Vəkil bildirib ki, QMİ-nin DQİDK-nə qarşı iddia qaldırmasına səbəb DQİDK-nin qanunvericiliyi pozması və QMİ-nin təqdimatı olmadan ziyarətgah yaratması ilə əlaqədardır. "Azərbaycan qanunvericiliyində nəzərdə tutulub ki, dini icmaların qeydə alınması üçün Qafqaz Müsəlmanları İdarəsi təqdimat verməlidir. Dini icma yaratmaq istəyən şəxslər sənədləri Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər. İdarə də həmin sənədləri müvaıiq təqdimatla bir yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərməlidir. Bununla da həmin icma qeydiyyata alınmalıdır. Lakin komitə bu qanunvericiliyə riayət etmir və özbaşına ziyarətgah yaradır. Halbuki, bu, onun səlahiyyətində deyil. Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası da bununla əlaqədardır" - deyə vəkil qeyd edib.

M.Mustafayevin sözlərinə görə, komitənin hüquqi nüymayəndəsi iclasda vəsatət qaldıraraq iddianın əsassız olduğunu bildirib. Hakim İlham Ağayevsə tərəflərin nəzərinə çatdırıb ki, iddianın əsassız, yaxud əsaslı olması hazırlıq iclasında müzakirə olunmur və bu, gələcəkdə keçiriləcək məhkəmə baxışı zamanı müəyyən ediləcək.

İclasın sonunda hakim məhkəmə baxışını aprelin 4-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti