...

Başaq Kömür: "Maynzdakı Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi istiqamətində öhdəsinə düşən işləri görür"

Cəmiyyət Materials 17 Mart 2006 15:26 (UTC +04:00)

"Bakı ilə qardaş şəhər olan Maynzda Azərbaycan diasporu Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsi, təbliği, soydaşlarımızın birliyi istiqamətində öhdəsinə düşən işləri görür". Bu fikirləri Trend ə Almaniyada fəaliyyət göstərən Maynz-Azərbaycan Cəmiyyətinin sədri Başaq Kömür bildirib.

O qeyd edib ki, xarici ölkələrdə Azərbaycan diaporunun təşkilatlanması, diaspor təşkilatlarının yaradılması üçün ilk forum Maynzda keçirilmişdi: "Çünki 1986-cı ildən bəri Bakı ilə Maynz qardaş şəhərlərdir. Maynzda keçirilən həmin böyük konfrans da Avropada yaşayan azərbaycanlıların təşkilatlanmasına zəmin yaratdı, bir ildən sonra Avropa Azərbaycanlıları Konqresisi yaradıldı. Qarşıya qoyulan əsas məqsəd Avropadakı təşkilatlarımızın güclənməsinə, birliyinin, həmrəyliyinin yaradılmasına nail olduq".

Başar Kömür qeyd edib ki, dünyanın 49 ölkəsindən Dünya Azərbaycanlılarının ikinci qurultayına gəlmiş Azərbaycan icmaları, diaspor nümayəndələri ölkəmizlə bağlı bütün əhəmiyyətli məsələlərə öz dəstəyini verir, milli maraqlarımızın qorunmasına çalışır, müxtəlif səpkili tədbirlər keçirirlər. Bu yaxınlarda Azərbaycanın görkəmli rəssamı Elşad Qeybətovun əsərlərindən ibarət "Asiyanın rəngləri" adlı böyük rəsm sərgisi keçirilib. Asiya dövlətlərinin diplomatlarının və digər fəxri qonaqların iştirak etdiyi həmin sərgidə Azərbaycan mədəniyyətinin gözəl nümunələri dünya ictimaiyyətinə nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti