...

AFFA ölkə çempionatı oyunlarının keçirilmə vaxtının dəyişdirilməsi problemi ilə üzləşib

Cəmiyyət Materials 22 Mart 2006 12:25 (UTC +04:00)

AFFA aprelin 12-də Azərbaycanla Türkiyə arasında keçiriləcək yoldaşlıq matçı ilə əlaqədar ölkə çempionatı oyunlarının keçirilmə vaxtının dəyişdirilməsi problemi ilə üzləşib.

Yarışların keçirilməsi üzrə Assosiasiya Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, əvvəlcə oyunlardan birinin martın 29-da keçirilməsi planlaşdırılırdı. Lakin bu oyun elə həmin tarixdə "İnter"lə "Gəncə" arasında keçiriləcək görüşlə üst-üstə düşür. Bu oyun ikinci dairənin əvvəlində keçirilməli idi. Ancaq "Gəncə"nin maliyyə problemləri ilə əlaqədar təxirə salınmışdı. M.Həsənov qeyd edib ki, klublar üçün qrafik dolğun olacaq.

Xatırladaq ki, fevralda Azərbaycanla Ukrayna arasında yoxlama görüşü ərəfəsində AFFA təqvimi dolğunlaşdırmalı olub.

Xəbər lenti

Xəbər lenti