...

Şəmsəddin Hacıyev: "Təhsil haqqında yeni qanunla özəl universitetlər maksimum səlahiyyətə malik olacaq"

Cəmiyyət Materials 31 Mart 2006 12:00 (UTC +04:00)

2006-cı ilin sonunadək Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilməli olan yeni qanunla özəl universitetlər maksimum səlahiyyətə malik olacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib.

Ş.Hacıyev bildirib ki, yeni qanun Azərbaycanın təhsil sistemini Avropa təhsil sisteminə uyğunlaşdırılacaq. Yeni qanun Azərbaycan təhsilinin inkişaf etdirilməsi üçün daha əlverişli huquqi baza yaranmasına xidmət edəcək. "Təhsillə əlaqədar layihələr həyata keçirmək fikrindəyik. Həmçinin ilin sonuna kimi daha bir neçə qanunun qəbul edilməsi nəzərdə tutulub. Bunlar orta, ali, özəl təhsil, yaşlıların təhsili və təhsildə digər sahələrlə bağlı qanunlar olacaq" - deyə Ş.Hacıyev bildirib.

Ş.Hacıyevin sözlərinə görə, yeni qanunla özəl təhsil müəssisələrinin səlahiyyətləri də bir daha müəyyən ediləcək. "Özəl təhsil müəssisələrinin fəaliyyəti ümumi normativlər, standartlar əsasında müəyyən olunacaq. Özəl universitetlər maksimum səlahiyyətli olacaq. Təhsilin inkişafı üçün özəl univpersitetlər istədikləri şəkildə, lakin qanun çərçivəsində fəaliyyət göstərəcəklər" - deyə Ş.Hacıyev söyləyib.

Xəbər lenti

Xəbər lenti