Azərbaycanın dzü-do üzrə komandası yaxın bazar günlərində "A" kateqoriyasından olan superturnirin keçiriləcəyi Moskvaya yola düşüb.
Ölkə yığmasının baş məşqçisinin Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Zaur Bağırlı və Emin Arzumanov (hər ikisi 60 kq), Cəfər Cəfərli və Ramil Qasımov (hər ikisi 66 kq), Fərid Allahverdiyev və Mehman Əzizov (hər ikisi 81 kq), Qədir Qədirov (100 kq), Mehman Məmmədov (+100 kq), Kifayət Qasımova (57 kq), Higar Cabbarova (52 kq) və Sona Əhmədli (62 kq) daxildir. Kollektivin əsasını bu yaxınlarda Minskdə keçirilən yarışda mübarizə aparan güclü idmançılar təşkil edir.