...

İnternet vasitəsilə "Iahid Azərbaycan" televiziyasi işıq üzü gördü

Cəmiyyət Materials 11 Aprel 2006 15:01 (UTC +04:00)

İsveçdə yaşayan Azərbaycan diaspor nümayəndələrindən Babək Azəri və Teymur Eminbəylinin təşəbbüsü ilə aprelin 11-dən "Iahid Azərbaycan" televiziyası (IA TI) internetdə yayımlanmağa başlayıb. Bu barədə Trend ə Teymur Eminbəyli məlumat verib. O bildirib ki, hələlik www.azadtribun.net informasiya sayti ilə yayımlanacaq "Iahid Azərbaycan" televiziyası sonradan özünün müstəqil internet saytina da malik olacaq.

Hazırda həftədə bir dəfə verilişləri hazırlanan IA TI - nin yaradılmasında məqsəd dünyaya səpələnmiş azərbaycanlıları və dünya ictimaiyyətini milli problemlərimizlə daha yaxından taniş etməkdir. Tarixi faktları açıqlamaq, xəbərlər yaymaq, müsahibələr etmək yolu ilə Iahid Azərbaycan ideyasının təbliğ olunması TI-nin əsas istəyidir: "Dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, Azərbaycan Respublikasinda demokratiyanın inkişafı, Güney Azərbaycanda milli dirçəliş, Borçalıda və Dərbənddə yaşayan soydaşlarımızla sıx əlaqələr qurulmasına xidmət etmək IA TI-nin əsas xəttini təşkil edəcək. Güney və Quzey Azərbaycanda, Borcalıda və Dərbənddə kompakt yaşayan və bu yerlərin daimi sakinləri olan soydaşlarımızın televiziyaya olan ehtiyacını ödəmək üçün IA TI-nin gələcəkdə peyk vasitəsi ilə yayımlanması da nəzərdə tutulur".

IA TI-nin dinləyiciləri Azərbaycan musiqilərinə qulaq asacaq, teatr və filmlərimizi də seyr edə biləcəklər. IA TI -nin Azərbaycan dilində yayımlanan verilişləri həmçinin DVD formasında isveç və ingilis dillərinə tərcümə olunaraq kitabxanalara və dövlət rəsmilərinə, eləcə də beynəlxalq təşkilatlara göndəriləcək. Hələlik isə, IA TI-ni http://www.azadtribun.net/Turkce.htm internet səhifəsində izləmək olar.

Xəbər lenti

Xəbər lenti