...

Bakıda miqrasiyanın idarə olunması üzrə təlim kursları keçirilir

Cəmiyyət Materials 17 Aprel 2006 16:36 (UTC +04:00)

Aprelin 17-də Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşəbbüsü ilə "Miqrasiyanın idarə olunması əsasları" mövzusunda təlim kursları keçirilir. BMqT-nın Bakı nümayəndəliyindən Trend agentiliyinə verilən məlumata əsasən, təlim kurslarında Milli Məclisin İcra Aparatı, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti və "Azərbaycan Hava Yolları" Dövlət Konsernini təmsil edən 23 vəzifəli şəxs iştirak edir.

İki gün davam edəcək təlimin gerçəkləşdirilməsi üçün təşkilatın Moskva nümayəndəliyindən iki mütəxəssis Vasiliy Yujanin və Serqey Brestovitskiy dəvət olunub.

Kurslarda fərqlənmiş 5 iştirakçı üçün isə daha 1-günlük "Təlimçilər üçün təlim" keçiriləcək.

Tədbir ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti