...

Faiq Qurbanov: Bakı-Şuşa marşrutu Azərbaycanda türizmin prioritet istiqamətlərindən biridir

Cəmiyyət Materials 19 Aprel 2006 13:39 (UTC +04:00)

Bakı-Şuşa marşrutu Azərbaycanda turizmin inkişafının prioritet istiqamətlərindən biridir. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 19-da Bakıda "Turizm və səyahət" beynəlxalq sərgisinin 5 illiyinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun rəisi Faiq Qurbanov bəyan edib.

Onun sözlərinə görə, respublikanın Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafının 6 istiqamətini müəyyən edib. Bunlardan biri də Bakı-Şuşa istiqamətidir.

"Torpaqlarımız erməni işğalından azad edildikdən sonra bu istiqamət prioritet olacaq və buna şübhə yoxdur. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi və mədəniyyət abidələrinin siyahısı hazırlanıb. Bu abidələrin bir hissəsinin Ermənistan ordusu tərəfindən məhv edilməsi narahatlıq doğurur", - deyə sektorun rəisi sonda bildirib.

Xəbər lenti

Xəbər lenti