Heyvanlarda rast gəlinən xəstəliklərin tədqiqi üçün Bakıda laboratoriya yaradılacaq. Bu barədə Trend agentliyinin məlumatına əsasən, aprelin 19-da Bioloji Müxtəlifliklərin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri İnkişafı Departamentinin rəhbəri Sədaqət Məmmədova bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsindən lazımi avadanlığın alınması üçün 200 min manat həcmində vəsait ayrılıb.
"Laboratoriya artıq Rusiyada sifariş olunub və yaxın vaxtlarda onun quraşdırılması gözlənilir" - deyə o qeyd edib.
Ekologiya Nazirliyinin əməkdaşı deyib ki, ölkəyə həmçinin, dezinfeksiya üçün avadanlıq da gətiriləcək.