...

Azərbaycanın boks komandası İstanbulda iki medal qazanıb

Cəmiyyət Materials 10 May 2006 11:14 (UTC +04:00)

Azərbaycanın boks komandası İstanbulda Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi yarışda iki gümüş medal qazanıb.

Milli Federasiyanın rəhbəri Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, Olimpiada iştirakçısı Şahin İmranov (57 kq) və Romal Amanov (69 kq) finaladək gəlib çıxsa da, həlledici döyüşlərdə qələbə qazana bilməyib. Ancaq bu yarış idmançılarımız üçün yayda Moskvada keçiriləcək Avropa çempionatına hazırlıq mərhələsi olub.

Qeyd etmək lazımdır ki, idmançılarımızın Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudri Kuboku uğrunda yarışlardan sonra iştirak etdiyi bu birinici ənənəvi turnirə Rusiya, Ukrayna, Rumıniya və digər ölkələrdən dəri əlcək ustaları da qatılıb.

Xəbər lenti

Xəbər lenti