...

Dövlət Komissiyasında 4600 itkin düşmüş şəxs qeydiyyatdadır

Cəmiyyət Materials 11 May 2006 18:30 (UTC +04:00)

2006-cı ilin mayına olan məlumata görə, 4600 nəfər itkin düşmüş şəxs kimi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasında qeydiyyatdadır. Bu barədə Trend ə Dövlət Komissiyasından məlumat verilib.

Son 18 il ərzində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin güşmüş vətəndaşların Dövlət Komissiyasında qeydə alınmış ümumi sayı isə 6583 nəfər olub. Onlardan 1381 nəfəri Dövlət Komissiyası və beynəlxalq təşkilatların köməyi ilə, eləcə də müxtəlif kanallarla əsir-girovluqdan azad olunub, 407 nəfərin taleyinə aydınlıq gətirilib, 5 nəfərin əsirlikdə olması və digər ölkələrə göndərilməsi faktı təsdiqlənib. 190 nəfər əsir girovluqda qətlə yetirilib və onların meyitləri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti