...

Azərbaycanlı güləşçilər Türkiyə turnirində çıxış edəcək

Cəmiyyət Materials 25 May 2006 11:44 (UTC +04:00)

Azərbaycanın yunan-roma və sərbəst güləş komandası mayın 25-də Mərmərisdə (Türkiyə) yeniyetmələr arasında keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, "klassik"lərin tərkibinə Xurşud Babaşov (42 kq), Həsən Əliyev (46 kq), Orxan Əhmədov və Rahil Qiyasov (hər ikisi 50 kq), Adil Hüseynov (54 kq), Rasim Həsənov (58 kq), Rüstəm Əliyev (63 kq), Murtuza Tağıyev (69 kq), Elməddin Abdullayev (76 kq) və Səbuhi Hümbətov (85 kq) daxildir. Sərbəst güləş üzrə idmançılardan isə xalça üzərinə Nicat Muradov (42 kq), Hacı Əliyev (46 kq), Yaşar Əliyev (50 kq), Cəbrayıl Həsənov (54 kq), İlqar Ağayev (58 kq), Zaur Ələkbərov (63 kq), Aqil Hüseynov (69 kq), Roman Bəkirov və Fərid Mustafayev (hər ikisi 66 kq), o cümlədən Valeh Babayev çıxacaq.

Yarışda Bolqarıstan, İran, Rusiya və digər ölkələrdən idmançıların da iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti