Azərbaycanın taekvando yığması Bonnda keçirilən çempionatın ilk günündə 2 medal qazanıb.
Trend in xəbər verdiyi kimi, Zahid Məmmədov (54 kq) uğurlu oyun nümayiş etdirərək finaladək gəlib çıxsa da, həlledici döyüşdə rusiyalı Seyfula Maqomedova məğlub olub. Yarımfinalda yunanıstanlı İoann Kots üzərində qələbə çalan Şahrun Yusifova da finalda ispan Belen Alensioya məğlub olub və gümüş medala sahib olub. Bununla o, bir il əvvəlki göstəricisini yaxşılaşdırıb. Belə ki, sonuncu qitə birinciliyində idmançımız 3-cü yerlə kifayətlənmişdi.
Bu istirahət günlərində Almaniyada komandanın liderləri - ikiqat Avropa çempionu Niyaməddin Paşayev (67 kq) və Rəşad Əhmədov (78 kq) mübarizəyə qoşulacaq.